!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
USD/AZN
1.7
EUR/AZN
1.8238
GBP/AZN
2.1322
RUB/AZN
0.0183
Bakı
24.03°
!Reklam – Manshet
!Reklam – Manshet 02

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Son zamanlar parkinq qiymətləri ilə bağlı narazılıqlar durmadan artır. Paytaxt sakinləri ilə yanaşı, öz şəxsi avtomobillərini iş yerlərinin qarşısında park edən işçilər də qiymətlərin son dərəcədə yüksək olmasından şikayətlənir. Belə ki, şəxsi avtomobilini çalışdığı yerdə 7-8 saatlıq park edən vətəndaşlar ən azı 5-6 manat civarında pul ödəməli olur.

Son günlər anomal istilərin mövcudluğu yaz ayları üçün xarakterik olmadığına görə, ictimai nəqliyyatdan istifadə edən sakinlər üçün çətinlik yaradır. Belə ki, hər il avtobuslarda kondisionerlərin iyun ayından işə salındığını nəzərə alaraq, bu il yaz aylarında havanın isti olması, sərinləşdirici sistemlərin daha erkən işə salınmasını zəruri edib.