Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur.
Mingəçevir su anbarında, Xəzər dənizinin Bakı şəhəri, Neftçala, Xaçmaz rayonları, Xəzərin Astara rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
“Sərhədyanı Güney kəndində baş verən etirazların Ermənistanın digər ərazilərinə sıçraması mümkündür. Aydın məsələdir ki, etirazların böyüməsini istəyən yeganə qüvvə Rusiyadır. Onlar etiraz aksiyalarını Ermənistanda olan daxili agentləri vasitəsilə qızışdıracaq. Burada məqsəd Paşinyan iqtidarının devrilməsidir”.
Xalq artisti, tanınmış rejissor və aktyor Şeyx Əbdül Mahmudbəyovun “meyxanaçıların əlindən televizoru asa bilmirik” fikri meyxanaçılar tərəfindən xoş qarşılanmayıb.